Rusiyanın Dnepropetrovsk vilayətini atəşə tutması nəticəsində ölən və yaralananların sayı artıb.
Rusiyanın endirdiyi zərbələr nəticəsində Dnepropetrovskda iki nəfər, Sinelnikovoda isə altı nəfər həlak olub, 29 sakin yaralanıb.
Xəstəxanada daha bir uşağın dünyasını dəyişdiyi bildirilir.
Filippin sahillərində 5,9 maqnitudada zəlzələ baş verib.
Azərbaycan Respublikası müdafiə nazirinin müavini - Əlahiddə Ümumqoşun Ordu komandanı general-polkovnik Kərəm Mustafayev İran İslam Respublikasına rəsmi səfər edib.
Pakistanın şimalındakı Gilgit-Baltistan bölgəsinin Diamir rayonunda sərnişin avtobusunun dərəyə düşməsi nəticəsində azı 15 nəfər ölüb, 22 nəfər yaralanıb.